Azərbaycan ordusunun mövqeləri minaatan və iriçaplı pulemyotlardan atəşə tutulub 31 Avqust 2015 01:00 Hərb Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 158 dəfə pozub. Maide.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Nazirlikdən bildirilib ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Azərbaycan ordusunun mövqeləri minaatan və iriçaplı pulemyotlardan atəşə tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 130 dəfə pozub İran yaxın zamanda 20 hərbi təlim keçirmək niyyətindədir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'