Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb 01 Aprel 2016 01:00 Hərb Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama əsasən, bu gündən növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. Maide.az xəbər verir ki, sərəncamla 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlar aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar. Həmçinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən aprelin 30-dək ehtiyata buraxılacaqlar. Xatırladaq ki, Prezident müvafiq sərəncamı martın 7-də imzalayıb. Teqlər : #Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb Müdafiə Nazirliyi: Təmas xəttində vəziyyət gərgin və stabildir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'