BQXK Azərbaycanda saxlanılan erməni hərbçisinə baş çəkib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Ermənistandan Azərbaycana keçmiş erməni hərbçisi Arsen Baqdasaryana fevralın 23-də baş çəkib. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Hüseynova məlumat verib.
 
İ.Hüseynova bildirib ki, görüş zamanı nümayəndəliyin əməkdaşları A.Baqdasaryanın saxlanma şəraiti və durumu ilə maraqlanıb: "Görüşdə əsirə ailəsindən məktub təqdim edilib və onun ailəsinə göndərəcəyi məktub alınıb. Məktub komitə əməkdaşları tərəfindən hərbçinin ailəsinə çatdırılacaq".

Google+ WhatsApp ok.ru