Cəbhədə atışma səngimir 24 İyul 2014 01:00 Hərb Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Fərəhli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb. Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Mərzili, Baş Qərvənd, Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. maide.az/ Teqlər : #Cəbhədə atışma səngimir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Rusiya ilə Xəzərdə birgə təlim keçirəcək Masallıda hərbçiləri daşıyan maşın qəza törədib
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'