Cəbhədə şiddətli atışma... 05 Avqust 2014 01:00 Hərb Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar. Ermənilər Tərtərin işğal altında olan Seyid Sulan kəndindəki mövqeylərindən Azərbaycanın üzbəüz mövqeylərini şiddətli atəşə tutublar. Bundan başqa, ermənilər Qapanlını da şiddətli atəşə məruz qoyublar. Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir. Qeyd edək ki, gecə başlayaraq cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 161 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar (ANS). Teqlər : #Cəbhədə şiddətli atışma..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Postları necə aldıq? Dövlət xidməti ehtiyatda olan zabitlərin çağırışı barədə
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'