Cəbhədə gərginlik davam edir 18 Mart 2015 02:00 Hərb Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub. Maide.az-ın MN-in saytın istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Şirvanlı, Nəmirli, Kəngərli, Şıxlar, Yusifcanlı, Sarıcalı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Cəbhədə gərginlik davam edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan MN: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub Hərbçilərin daimi mənzillə təmin olunması təklif edilir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'