Cəbhənin Tərtər istiqamətində yaşayış və əkin sahələri gecə boyu atəşə tutulub 30 İyul 2015 01:00 Hərb Erməni silahlı bölmələri ötən gecə cəbhə boyu atəşkəsi pozmaqda davam edib. Düşmən ordusu Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub. Tərtərin cəbhəyanı yaşayış məntəqəsi olan Qapanlı kəndi də erməni hərbçilərin hədəfində olub. Kənddəki yaşayış evləri avtomat və müxtəlif çaplı pulemyotlardan atəşə tutulub. Yerli sakinlər arasında ölən və ya xəsarət alan yoxdur. Yerli sakinlər APA-ya bildiriblər ki, əkin sahələrinə, kəndə yaxın ərazilərə xeyli sayda mərmi düşüb. Teqlər : #Cəbhənin Tərtər istiqamətində yaşayış və əkin sahələri gecə boyu atəşə tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədə gərgin gecə: minaatanlar susmadı Azərbaycanda həbs olunan yüksək rütbəli hərbçilərin kimliyi və nədə ittiham olunduqları açıqlanıb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'