Cəbhə xəttində gərginlik səngimir 13 Sentyabr 2015 01:00 Hərb Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 95 dəfə pozub. Maide.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Göyarx, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Mərzili, Cəvahirli, Şuraabad, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 145 atəş zərbəsi endirib. / Teqlər : #Cəbhə xəttində gərginlik səngimir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın sərhəd gözətçi gəmisi Xəzərdə xidməti-döyüş fəaliyyətinə başlayıb Keçmiş müavini Səfər Əbiyevi çətin vəziyyətdə qoyub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'