Ermənilər Goranboy rayonu ərazisindəki mövqelərimizi atəşə tutub

Cəbhənin Goranboy rayonu istiqamətində atəşkəs rejimi pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri bu gecə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. /

Google+ WhatsApp ok.ru