Erməniyə baş çəkdilər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycana keçmiş Ermənistan vətəndaşına baş çəkib.
 
Bu barədə açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. 
 
O bildirib ki, görüş sentyabrın 16-da baş tutub. Saxlanılan şəxsdən ailəsi üçün məlumat götürülüb.
 
Qeyd edək ki, 53 yaşlı Sarkis Ananyan Ermənistanın Tavuş vilayətinin Noyamberyan rayonundandır. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, o avqustun 26-sı Qazaxın Kəmərli kəndi istiqamətindən könüllü olaraq Azərbaycan tərəfə keçib.

Google+ WhatsApp ok.ru