Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirilib 05 May 2015 01:00 Hərb ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Maide.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Saymon Tiller keçiriblər. Teqlər : #ErmənistanAzərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni kəşfiyyatçıya hökm oxundu Azərbaycanın müdafiə naziri “İDEF – 2015” Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'