Ermənilər Tovuzun sərhəd kəndlərini atəşə tutmaqda davam edir, - iki yaralı var 04 Sentyabr 2015 01:00 Hərb Erməni silahlı bölmələri Tovuzun Əlibəyli kəndini atəşə tutmaqda davam edir. Ötən gün saat 20 radələrindən başlayaraq gecə saat 3-ə kimi düşmən bölmələri müxtəlif çaplı silahlarla Əlibəyli kəndini intensiv atəşə tutublar. Yaşayış məntəqəsində 150-ə yaxın evin dam örtüyü güllərdən yararsız hala düşüb. Düşmən qüvvələrinin açdığı atəş nəticəsində kənd sakini 87 yaşlı İsa Musayev və onun həyat yoldaşı 83 yaşlı Sehran Musayeva qəlpə yaraları alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Teqlər : #Ermənilər Tovuzun sərhəd kəndlərini atəşə tutmaqda davam edir,# iki yaralı var , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məzəmdə evlər belə atəşə tutuldu - dramatik görüntülər Nazirlik məktəblərdə hərbi kabinetləri yeniləyir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'