Erməni silahlı bölmələri atəşkəs rejimini 32 dəfə pozub 06 İyun 2016 01:00 Hərb Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub. Bu barədə Maide.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. / Teqlər : #Erməni silahlı bölmələri atəşkəs rejimini 32 dəfə pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri atəşkəs rejimini 38 dəfə pozub Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 15 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'