Fələstində 'Beynəlxalq Qüds Qarisi' adlı Quran yarışması keçiriləcək

Fələstində 'Beynəlxalq Qüds Qarisi' adlı Quran yarışması keçiriləcək

Fələstinin "Huna əl-Qüds" quransevər gənclər təşkilatının təşəbbüsü ilə  "Beynəlxalq Qüds Qarisi" adı ilə II beynəlxalq Quran yarışması  keçiriləcək 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bu yarışmanın qeydiyyatına  mart ayının 12-dən başlanılıb və qeydiyyat proseduru Ramazan ayının 10-dək davam edəcək.
 
Yarışma Ramazan ayında keçiriləcək və yarışmanın qaliblərinin adı Ramazan ayının 25-da elan ediləcək.  
 
Fələstinin "Huna əl-Qüds" (Bura Qüdsdür) quransevər gənclər təşkilatının üzvləri sosial şəbəkələr vasitəsi ilə bütün dünya müsəlmanlarından bu yarışa qatılmalarını istəyiblər.
 
Qeyd edək ki, "Beynəlxalq Qüds Qarisi" Quran yarışları ilk dəfə 2016-cı ildə keçirilib. 
 
Bu yarışda 850 nəfər iştirak etmişdi. İştirakçılar öz tilavətlərini internet vasitəsi ilə hakimlər heyətinə göndərmişdilər. Final mərhələsinə 10 qari seçilmiş və sonda 5 qari qalib elan edilmişdi.

Google+ WhatsApp ok.ru