Hərbi silahlarla bağlı qadağa 24 Yanvar 2015 02:00 Hərb Azərbaycan ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir Maide.az-ın "trend"-ə istinadən verdiyi məlumata görə, bu qadağa parlamentin fevralın 2-də keçiriləcək sessiyasında müzakirəyə çıxarılacaq “Reklam haqqında” qanun layihəsində nəzərdə tutulub. Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər. İcazə verilmiş ov və idman silahlarının reklamı yalnız ixtisaslaşmış çap nəşrlərində, bu silahların satılması, nümayişi və sınağı üçün ayrılmış yerlərdə yerləşdirilə bilər. Qanun layihəsi priotexnik vasitələrin də reklamını qadağan edir./ Teqlər : #Hərbi silahlarla bağlı qadağa, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilərdən 81 təxribat MN: ` Erməni hərbi bölmələrində xəstəliklərlə əlaqədar karantin elan edilib `
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'