Hərbi liseylərə sənəd verən abituriyentlərə `İmtahana buraxılış vərəqəsi`nin verilməsinə başlanıb

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və hərbi liseylərə keçirilən qəbul imtahanında iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.
 
Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, abituriyentlər TQDK-nın saytında müvafiq sistemə daxil olaraq, “İmtahana buraxılış vərəqəsi” çap edib götürməlidirlər.
 
“İmtahana buraxılış vərəqəsi” olmadıqda abituriyentlər imtahana buraxılmır.
 
Qeyd edək ki, imtahan iyulun 30-da keçiriləcək.

Google+ WhatsApp ok.ru