Helikopterin vurulmasına NATO da reaksiya verdi

NATO Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan SQ-nin hərbi vertolyotunu vurması barədə məlumatlardan narahatdır.
 
Maide.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Facebook"-dakı səhifəsində yazıb.
 
C.Appaturay bildirib: "İnsidentin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, tərəflər təmkin nümayiş etdirməli və münaqişənin diplomatik yolla həllinə nail olmalıdırlar".
 
Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
 
İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Google+ WhatsApp ok.ru