Konyada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb

Konyada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb.
 
Maide.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, təlim “TURAZ Şahini 2015” adlanır.
 
Uçuş təlimləri Anadolu Qartalı Hava Meydanında həyata keçirilir.
 
Təlimdə Türkiyə Hərbi Hava Qüvvələrinin F-16, F-4E 2020, E-7T (HİK) təyyarələri, AS-532, UN-1H helikopteri, Azərbaycan Hərbi Hava Qüvvələrinin isə MİG-29, SU-25 təyyarələri və Mi-17 helikopteri iştirak edir.  
 
Bundan başqa, təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 106 hərbçisi qatılıb.
 
Bu, Azərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı ilk xarici uçuş təlimidir.
 
Təlimin məqsədi qarşılıqlı uçuş bacarığı və vərdişlərini daha da inkişaf etdirməkdir.

Google+ WhatsApp ok.ru