Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ cəbhəsində itki verdiyi barədə məlumatlar əsassızdır 31 İyul 2014 01:00 Hərb Ermənistan mətbuatı Azərbaycan “diversiya qrupu”nun hücuma keçdiyi, xeyli itki verdiyi, erməni tərəfdən də iki hərbçinin öldüyü barədə xəbər yayıb Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində toqquşma olub. APA-nın “armtoday.info” saytına istinadən verdiyi məlumata görə, iyulun 31-ə keçən gecə Azərbaycan “diversiya qrupu” Dağlıq Qarabağda cəbhə xəttinin şimal istiqamətində erməni silahlı birləşmələrinin dayaq məntəqəsinə hücum edib. Baş verən atışmada iki erməni hərbçinin öldüyü, Azərbaycan Ordusunun da xeyli itki verərək geri çəkildiyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya Ermənistan KİV-in yaydığı məlumatın əsassız olduğu qeyd edilib. Teqlər : #Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ cəbhəsində itki verdiyi barədə məlumatlar əsassızdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əsgərin vəziyyəti ağırdır 2 erməni əsgəri öldü
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'