Müdafiə nazirləri Azərbaycana gəlir 16 Avqust 2014 01:00 Hərb Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə avqustun 18-də Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır. Səfər çərçivəsində Naxçıvan şəhərində Müdafiə nazirlərinin Muxtar Respublikanın Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümum qoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra digər tədbirlər nəzərdə tutulub. Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək. Teqlər : #Müdafiə nazirləri Azərbaycana gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qızıl Xaç Komitəsi tərəflərlə danışıqlar aparır Hərbi Hava Qüvvələrinin təlimlərində S-300 zenit raket kompleksi istifadə olunub- FOTO
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'