Oqtay Gülalıyev ailəsi istintaqın yubadılmasına etiraz edir

Oqtay Gülalıyev ailəsi istintaqın yubadılmasına etiraz edir

 Bir həftə öncə hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsi onun müalicəsinin maliyyələşdirilməsindən imtina ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. Yol-nəqliyyat hadisəsindən 11 ay keçib və indiyədək məhkəmə prosesi başlamayıb. Bu barədə Turan-a hüquq müdafiəçisinin xanımı F.Gülalıyeva bildirib.
 
O qeyd edib ki, ailənin öz qanuni nümayəndəsi təyin etdiyi vəkil Fuad Ağayevin vəsatətləri təmin olunmur.
 
“Həyat yoldaşımın müalicəsinə maliyyə yardımının göstərilməsi ilə bağlı şikayətimiz yoxdur, şikayət istintaqın gedişinə aiddir. Bizə deyirlər ki, Oqtay özü iştirak etməlidir, amma əgər insan komadadırsa, bu,  necə mümkün ola bilər?, - F.Gülalıyeva qeyd edib.
 
O deyib ki, Heydər əliyev Fondu müalicəni tam həcmdə ödəyir. O, Fondun icraçı direktoru Anar Ələkbərovla telefon söhbəti barədə də məlumat verib.
 
“O mənə dedi ki, Heydər Əliyev Fondu maliyyə məsələlərinə baxır, lakin məhkəmə işlərinə aidiyyəti yoxdur.
 
Mən ona dedim ki, necə olur ki, Tofiq Yaqublunun məsələsində yol-nəqliyyat hadisəsini çox tez araşdırdılar və onu mühakimə etdilər.
 
Bizim hadisədən 11 ay keçib, istintaq isə yerindən tərpənməyib. Oktyabrın 29-da yol-nəqliyyat qəzasının bir ili tamam olacaq, ancaq heç kim məsuliyyətə cəlb edilməyib”, - O.Gülalıyeva bildirib.
 
Hüquq müdafiəçisinin vəziyyətinə gəlincə, onun temperaturu, infeksiyas yoxdur. Bədəni möhkəmlənib, çəkisi düzəlib, ancaq hələ də komadadır.  /turan /

Google+ WhatsApp ok.ru