Xanımı Əfqan Sadıqovla görüşdən qayıdıb

Xanımı Əfqan Sadıqovla görüşdən qayıdıb

Bu gün, dekabrın 28-də Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onunla görüşüb.
 
Bu barədə Azadlıq Radiosuna S.Sadıqova özü məlumat verib: "Əfqanla bu gün, dekabrın 28-də Penitensiar Xidmətin Tibb Müəssisəsində görüşdüm. Vəziyyəti çox ağırdır. Dekabrın 26-sı vəziyyəti çox pisləşib. Reanimasiya şöbəsinə köçürmək istəyiblər".
 
Amma xanımının iddiasına görə, şəraiti münasib olmadığı üçün ora köçürməyiblər. S.Sadıqovanın əlavə etməsinə görə, həkimlər gəliblər, komaya düşmək ehtimalı yüksək olduğundan ona sistem qoşublar: "Mən nə edim, bilmirəm? Adam məhv olur".
 
Bu fikirlərə, hələlik, nə Sumqayıt şəhər Apellyasiya Məhkəməsindən, nə də Penitensiar Xidmətdən münasibət almaq mümkün olub. azadliq.org/ 

Google+ WhatsApp ok.ru