Qəzaya düşən pilotumuzun görüntüləri yayıldı 26 İyul 2019 11:23 Hərb İyulun 24-də Xəzər dənizində qəzaya uğrayan Azərbaycanın hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyevin təlim-məşq uçuşları zamanı qeydə alınmış videosu yayılıb. Axar.az xəbər verir ki, videodan pilotumuzun peşəkarlığı açıq-aydın görünür. Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb. Xatırladaq ki, 34 yaşlı R.Atakişiyev evlidir, iki oğlu var. Teqlər : #Qəzaya,#düşən,#pilotumuzun,#görüntüləri,#yayıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın MiQ-29 hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB Düşmən DSX-nın hərbi yardım maşınını atəşə tutub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'