Qadınlar da İŞİD-ə qarşı döyüşəcəklər 05 İyul 2014 01:00 Hərb Bir qrup silahlı qadın Süleymaniyyədə hazır vəziyyətdədirlər. Bir tərəfdən müstəqillik elanı üçün referenduma hazırlaşan İraq kürdlərinin lideri Məsud Bərzani, bir tərəfdən də hərbi gücünü artırmağa çalışır. Maide.az-ın məlumatına görə, Kərkük şəhərinə İŞİD-in ola biləcək hücumunun qarşısını almaq üçün peşmərgələr ayıq-sayıq mövqelərini qoruyurlar. Bundan başqa, Bərzaninin göstərişi ilə daha güclü müqavimət göstərmək məqsədilə qadınlar da silahlandırılıb. Bölgə rəhbərliyi qadın hərbçilərə təlim keçərək, onları döyüşlərə hazırlayır. Səddam Hüseynin vaxtında Səddam hökumətinə qarşı mübarizə aparan qadın silahlılarından ibarət bir qrup Nahidə Ahmid Rəşidin əmri altında Süleymaniyyədə hazır vəziyyətdədirlər. Bütün gün ağır təlimlər keçən qadın peşmərgə silahlıları qrupu İŞİD-ə qarşı döyüşməyə hazır olduqlarını bildirirlər. Teqlər : #Qadınlar da İŞİDə qarşı döyüşəcəklər , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın sərhəd qoşunlarına yeni komandan təyin olunub İşğalçı ordu sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'