Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb 14 Avqust 2015 01:00 Hərb ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də qoşunların təmas xəttində monitorinq keçirilib. Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinq Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında baş tutub. Monitorinq zamanı hər hansı bir insident qeydə alınmayıb. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov izləyiblər. Teqlər : #Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədə gərginlik davam edir MN: Ermənilər minaatanlardan da istifadə etməklə atəşkəsi 90 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'