Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi ölkəmizə gətirilib - FOTO/VİDEO 10 İyul 2017 01:00 Hərb Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. Maide.İnfo xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi Azərbaycana çatdırılıb. Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub. Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək. / Teqlər : #Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi ölkəmizə gətirilib FOTO/VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 128 dəfə pozub İran və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'