Rusiyanın cənubunda geniş miqyaslı hərbi təlimlər keçiriləcək

Bu il Rusiyanın cənubunda geniş miqyaslı hərbi təlimlər keçiriləcək.
 
Təlimlərdə Xəzər donanması, Qara dəniz donanmasının aviasiyası və Cənub Hərbi Dairənin motoatıcı bölmələri iştirak edəcəklər.
 
Təlimlər zamanı şərti düşmənin gəmilərinə və desant qruplarına qarşı əməliyyatlar, habelə ölkənin dənizdəki iqtisadi fəaliyyət obyektlərinin mühafizəsi ilə bağlı vəzifələr yerinə yetiriləcək.
 
Qeyd edək ki, 2015-ci ilin yayında Xəzər dənizində Rusiya, Azərbaycan və Qazaxıstanın iştirakı ilə hərbi təlimlər keçiriləcək. 

Google+ WhatsApp ok.ru