Sentyabrda Bakıda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisinə CAR-dan geniş tərkibli heyət qatılacaq 21 İyul 2014 01:00 Hərb Sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinə Cənubi Afrika Respublikasından (CAR) geniş tərkibli heyətin qatılması planlaşdırılır. Bu barədə APA-ya CAR-ın Müdafiə Nazirliyindən məlumat verilib. Sərgiyə CAR-ın Müdafiə Nazirliyindən və CAR Silahlanma Korporasiyasından (ARMSCOR) yüksək vəzifəli nümayəndə heyətlərinin ziyarətçi qismində qatılması gözlənilir. “ADEX-2014” sərgisində CAR müdafiə sənayesini 6 şirkət stendlə təmsil edəcək. Sərgidə CAR müdafiə sənayesinin «Denel» və «Paramount Group» kimi böyük şirkətləri ilə yanaşı CSIR, «Rippel Effect», «Truvelo» və EWT SA şirkətləri öz məhsullarını Azərbaycan və region bazarına nümayiş etdirəcəklər. Teqlər : #Sentyabrda Bakıda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisinə CARdan geniş tərkibli heyət qatılacaq , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədə gərgin vəziyyət davam edir Tərtər sakini ermənilər tərəfindən öldürülüb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'