Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Qarabağda vəziyyəti müzakirə edib 28 Sentyabr 2015 01:00 Hərb Sentyabrın 27-də BMT Baş Assambleyası çərçivəsində RF XİN rəhbəri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri C.Uorlik (ABŞ), P.Andrie (Fransa), İ.Popov (Rusiya) və ATƏT-in hazırki sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi A.Kaspşiklə görüşüb. RF XİN mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Qarabağ nizamlanmasına dair aktual məsələlər, Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində hazırki vəziyyət müzakirə edilib. “Çox şadam ki, Dağlıq Qarabağ nizamlanması prosesində irəliləmək üçün qəbul edilən addımlara əlavələr edə bilmək üçün imkan yaranıb”, - İTAR-TASS agentliyi S.Lavrovdan sitat gətirib. S.Lavrov həmsədr ölkələrin bu prosesə sadiq olduğunu bildirib./ Teqlər : #Sergey Lavrov ATƏTin Minsk Qrupunun həmsədrləri ilə Qarabağda vəziyyəti müzakirə edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri atəşkəs rejimini 109 dəfə pozub Azərbaycan və Rusiya Xəzərdə birgə təlim keçirir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'