Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Hələb əyalətində beş yaşayış məntəqəsini azad edib 25 Dekabr 2015 02:00 Hərb Suriyanın hökumət ordusu Rusiya aviasiyasının dəstəyi ilə son həftədə Hələb əyalətinin beş yaşayış məntəqəsini azad edib. Bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy bildirib. O, Rusiya aviasiyasının dekabrın 24-də Suriyada terrorçuların mövqelərinə 189 zərbə endirdiyini söyləyib. Ümumilikdə sentyabrın 30-dan bu günə kimi 5240 döyüş uçuşunun keçirildiyini söyləyən Rusiya MN rəsmisi uçuşlardan 145-nin strateji raketdaşıyıcı təyyarələrlə və uzaq bombardmançı aviasiya ilə həyata keçirildiyini qeyd edib: "Rusiyanın hərbi kosmik qüvvələri gündəlik olaraq terrorçuların əsas infrastrukturuna, hərbi texnika və canlı qüvvəsinin yerləşdiyi obyektlərə raket zərbələri endirir".apa Teqlər : #Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Hələb əyalətində beş yaşayış məntəqəsini azad edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya və Ermənistan öz hava hücumundan müdafiə sistemlərini birləşdirib Azərbaycan ermənilərin daha bir pilotsuz uçan aparatını məhv edib
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'