Zakir Həsənov hələ də cəbhə bölgəsindədir

“Hazırda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir”.
 
Bunu Publika.az-a açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidməti rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
 
Onun sözlərinə görə, son günlər cəbhədəki gərginliklə əlaqədar vəziyyəti yerində qiymətləndirmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir. Nazir bu gün ön cəbhədə olan əsgərlərə baş çəkəcək.
 
Cəbhə xəttində hazırkı vəziyyəti də qiymətləndirən V.Dərgahlı deyib ki,  təmas xəttində nisbi sakitlikdir.

Google+ WhatsApp ok.ru