`28 May` metrostansiyası ilə bağlı yeni xəbər 25 İyun 2014 01:00 Xəbərlər “28 May” stansiyasının əsas girişinin nə vaxt açılacağı dəqiq bilinmir. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, hazırda “28 May” stansiyasının əsas girişində təmir işləri davam edir. “Lakin işlərin nə vaxt yekunlaşacağı barədə dəqiq vaxt deyə bilmərəm” deyə Nəsimi Paşayev bildirib. Qeyd edək ki, “Bakı Metropoliteni” QSC mart ayında bəyan etmişdi ki, “28 May” stansiyasında təmir işləri demək olar ki, bitib və metrostansiyasının əsas girişi may ayında istismara veriləcək. “28 May” metrostansiyasının əsas giriş və çıxışı 2013-cü il iyul ayının 1-dən əsaslı rekonstruksiya məqsədi ilə bağlanılıb. Teqlər : #`28 May` metrostansiyası ilə bağlı yeni xəbər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dini ədəbiyyatla bağlı yeni qərar Azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu Böyük Britaniya mediasında - Foto