2 həftədə 200 nəfər öldü - İstidən

Hindistandakı anomal istilər nəticəsində son iki həftə ərzində 200 nəfər dünyasını dəyişib.
 
“Qafqazinfo” xəbər verir ki, Hindistanın Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, 330 milyondan artıq insan içməli su çatışmazlığı yaşayır. Məlumata görə, külə döndərən istilər Hindistan ərazisinin böyük hissəsini əhatə edir. 256 dairədə əhalini içməli su çatışmazlığından əziyyət çəkir.
 
Nazirlik onu da qeyd edir ki, bu il Hindistanda son əsrin ən isti ili hesab edilir. Temperaturun artaraq maksimal həddə -48 dərəcəyə yüksələcəyi gözlənilir.
 

Google+ WhatsApp ok.ru