6 ayda qiymətlər necə dəyişib? 10 İyul 2018 01:00 Xəbərlər -- Ərzaq məhsullarının qiymətləri 3 faiz artıb... Dövlət Statistika Komitəsi 6 aylıq inflyasiya göstəricisini açıqlayıb. Maide.Az "novator.az"a istinadən xəbər verir ki, hesabata görə, 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətlər 2017-ci ilin ilk yarısına nisbətən 3 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymətlərinin 3 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin 2,4 faiz artığı bəyan olunub. Rəsmi bilgiyə əsasən, iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz düşüb. Teqlər : #6 ayda qiymətlər necə dəyişib?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada hər 100 qadına qarşılıq 102 kişi yaşayır Rusiyanın İraqdakı səfiri Muqtəda Sədrlə görüşüb