7 ildə 130 neftçi həlak olub

7 ildə 130 neftçi həlak olub

Son 7 ildə Azərbaycanın hasilat sənayesində 130 nəfərin həlak olduğu bildirilir.
 
İslaminSesi bildirir ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) açıqladığı hesabatda belə yazılır.
 
Yeni açıqlanmış hesabat Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial və mülki hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsini əhatə edir. Sənəddə 2016-cı ilin yekunları əksini tapıb.
 
Sənəddə qeyd edilir ki, həlak olmalar üzrə 2010-2016-cı illərdə ən aşağı göstərici 2013-cü ildə qeydə alınıb - 6 neftçi həlak olub.
 
Ölənlərin 80 faizi SOCAR-ın işçiləridir.
 
Neftçilərdən ötrü müstəqillik illərində ən uğursuz il 2015-ci il olub. Həmin il azı 37 neftçinin vəfat etdiyi açıqlanıb.
 
Həmin il təkcə bir gün ərzində – dekabrın 4-də baş verən qasırğa və yanğın nəticəsində “Günəşli” yatağındakı platformada 30 nəfər, Neft Daşları yatağında isə 3 nəfər neftçinin həlak olduğu deyilir.
 
2010-cu ildə 10, 2011-ci ildə 23, 2012-ci ildə 13, 2013-cü ildə 6, 2014-cü ildə 19, 2016-cı ildə isə 22 neftçinin həlak olduğu söylənir.
 
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı hesabatında bildirir ki, həlak olanların 80 faizi SOCAR-ın işçiləri olublar.
 
Digər həlak olanlar xarici neft şirkətlərinin və podratçı təşkilatların işçiləri olduğu açıqlanıb.
 
 

Google+ WhatsApp ok.ru