Əsgərimiz özünü güllələyib 15 İyul 2014 01:00 Hərb Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Xəlilov Orxan Lazım oğlu tabeliyindəki xidməti silahından açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Baş vermiş hadisə ilə bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. Teqlər : #Əsgərimiz özünü güllələyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Atəşkəs rejimi 25 dəfə pozulub Qətər ABŞ-dan 11 milyard dollarlıq silah alacaq
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'