Qətər ABŞ-dan 11 milyard dollarlıq silah alacaq

AzadXeber.net-in verdiyi məlumata görə, Qətər ABŞ-dan 11 milyard dollar dəyərində "Patriot" zenit-raket kompleksi və "Apachi" döyüş vertolyotları alacaq. Bu barədə ictimaiyyətə Livanın "The Daily Star" qəzeti məlumat yayıb. Məlumata görə, rəsmi Vaşinqton Qətərə həmçinin 34 raket qurğusu, 24 helikopter, 500 tank əleyhinə raket kompleksi və 10 radar verəcək.
 
Qeyd edək ki, hər iki ölkənin müdafiə nazirləri silah satışı ilə bağlı müqavilə imzalayıblar. 

Google+ WhatsApp ok.ru