Şəhid olan hərbiçilərimizdən ikisi Şimal regionundandır

Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan əsgərlərimzidən biri də Quba rayonundandır.1995-ci il təvəllüdlü rayonun Vladimirovka kənd sakini İbrahimov Elnur Mühəddin oğlu erməni gülləsinə tuş gəlib. Bu barədə Rtv.az-a kənd sakinləri məlumat verib. Şəhid Elnur İbrahimov bu ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb.
 
Ermənilərin ötən gecə atəşkəsi pozması nəticəsində şəhid olan  əsgərlərdən biri isə 1996-cı il təvəllüdlü Xaçmaz rayonu Yeni Həyat kənd  sakini Coşqunov Mustafa Əhmədcan oğludur. Bu barədə Rtv.az-a kənd sakinləri məlumat verib. Şəhid Mustafa Coşqunov bu il yanvar ayında hərbi xidmətə yollanıb.Onun nəşi sabah torpağa tapşırılacaq.
 
Allah rəhmət eləsin!

Google+ WhatsApp ok.ru