Beş şəhidin adı məlum oldu (yenilənib)

 şəhidlərimizdən biri Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.
 
Şəhid olan əsgərlərdən biri Oğuz rayonundan hərbi xidmətə çağırılan Vüqar Poladov, digəri isə Elnur İbrahimovdur.
 
 
Şəhid olan hərbçilərimizdən daha birinin adı məlum olub. Bu haqda Millət Vəkili Qənirə Paşayeva məlumat yayıb:
 
"Ermənistanla ön cəbhədə hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu şəhid olub. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik. Millətimizin başı sağ olsun ! İşğalçı Ermənistan isə Allahın lənətinə gəlsin".
Ermənilərin ötən gecə atəşkəsi pozması nəticəsində şəhid olan əsgərlərdən biri də 1996-cı il təvəllüdlü Xaçmaz rayonu Yeni Həyat kənd sakini Coşqunov Mustafa Əhmədcan oğludur. /Publika
 
Qeyd edək ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər. Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.  İyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub

 

Google+ WhatsApp ok.ru