“İslami xəttatlar birliyi”-nin yaradılması müzakirə olunub 29 Dekabr 2014 02:00 Xəbərlər İran və Türkiyənin xəttatlıq üzrə sənət adamlarının mədəni və elmi əlaqələrinin genişləndirilməsi və “İsami Xəttatlıq İncəsənəti”nin yayılması məqsədilə yaradılacaq “İslami xəttatlar birliyi” mövzusu İstambulda keçirilən iclasda müzakirə olunub. Maide.az-ın İQNA-ya istinadən məlumatına görə, iclasda İran və Türkiyə xəttatları arasında əməkdaşlıq yolları, mövcud əməkdaşlığın inkişafı və iki ölkənin incəsənətə maraqlı olan gəncləri arasında mədəni əlaqələrin inkişafı kimi mövzular müzakirə edililib. Həmçinin iclasda “İslami Xəttarlar Birliyi”nin yaradılması, İran və Türkiyə xəttatlarının mədəni, elmi və təcrübi əlaqələrinin genişləndirilməsi və İranın incəsənət və mədəniyyətinin Türkiyə incəsənətində tanıtdırılması məsələsi də müzakirə olunub. İclasın sonunda Türkiyə xəttatlarının əsərlərinin İran daxilində keçiriləcək sərgilərdə nümayiş olunması təklifi də irəli sürülüb. / Teqlər : #İslami xəttatlar birliyinin yaradılması müzakirə olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada `halal` mehmanxanalar olacaq Daha üç islamçı məhbus “Tubzon”a aparılıb