“Azercell” jurnalistlər üçün növbəti təlim təşkil edir 30 Dekabr 2014 02:00 Xəbərlər “Azercell Telekom” media nümayəndələri üçün yanvarın 8-9-da növbəti peşəkar təlim kursu təşkil edəcək. Şirkətdən Maide.az-a bildirilib ki, kurslarda Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meyson iştirakçılara “Google”– axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edəcək. Təlimdə çap və internet mediası, həmçinin elektron KİV nümayəndələri iştirak edə bilər. Kurslara qatılmaq istəyənlər özləri haqqında məlumatı (ad-soyad, təvəllüd, iş yeri, əvvəlki iş təcrübəsi, təhsili və əlaqə məlumatları) 2015-ci il yanvarın 5-dək [email protected] ünvanına göndərməlidirlər. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət olunmalıdır. Teqlər : #Azercell jurnalistlər üçün növbəti təlim təşkil edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Artıq yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr onlayn ödəniləcək Gürcüstanda Kəlbəcər girovlarının azad olunması tələbi ilə aksiya keçirilib