“İcra başçısı tərəfdarları vasitəsilə məni təhdid edir” 07 Fevral 2015 02:00 Xəbərlər "Azadlıq" qəzetinin bölgə müxbiri Elçin İsmayıllı təhdid olunmasıyla bağlı dünən edaksiyaya xəbər yollayıb. O, həyatının təhlükədə olduğunu yazır: “Mən sosial şəbəkələrdə Ismayıllının icra başçısı Mirdamət Sadıqovu tənqid etdiyimə görə dünən icra başçısının göstərişi ilə “facebook” səhifəm dağıdılıb. Özümü də onun yaxın ətrafında olan adamlar təqib edir. Mirdamət Sadıqovun adamları piyada və avtomobilləri ilə məni izləyir. Hiss edirəm ki, insanların olmadığı yerdə mənimlə haqq-hesab çürütməyə fürsət axtarırlar. Buna səbəb də rayonda baş verənlərə tənqidi münasibətimdir. Mətbuat vasitəsilə Baş prokuror, Daxili işlər naziri və dövlət başçısından təhlükəsizliyim üçün təminat istəyirəm. Hər hansı hadisə baş versə, bunun məsuliyyəti icra başçısının üzərinə düşür",- deyə E.Ismayıllı bildirir. Teqlər : #İcra başçısı tərəfdarları vasitəsilə məni təhdid edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru NATO-dan Rusiyaya təhdid: 5 minlik özəl qüvvə yaradılır Azərbaycan Respublikasının mətbuat heyəti İranın Şərqi Azərbaycan əyalətinə səfər edib