Şəhid lövhələrinin ətrafında təmizlik işləri aparılır (Foto)

“Yeni Üfüq“ Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı layihəni davam etdirirlər. Bu gün də “Yeni Üfüq”ün gənc fəalları  şəhərin müxtəlif yerlərində şəhid lövhələrini, eləcə də, ətrafda təmizlik işlərini həyata keçiriblər. Birliyin sədri Sevinc Əzimbəylinin  islamazeri.az-a verdiyi məlumata görə, il boyunca hər ay bir gün “Yeni Üfüq”ün gəncləri millətimizin şəhid övladlarının yaşamış olduqları binalara vurulmuş şəhid lövhələrini, eləcə də bu lövhələrin ətrafında təmizlik işlərini həyata keçirirlər. Birlik sədrinin sözlərinə görə, belə aksiyalarımızın əsas məqsədi ölkəmizdə milli-vətənpərvərlik hislərinin gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdən ibarətdir. Biz həm də hər ayın bir günü şəhidlərimizi yad etməklə onlara borclu olduğumuzu insanlarımıza aşılamağa çalışırıq.
 
 
 

Google+ WhatsApp ok.ru