Əli İnsanov karserə salınıb

Keçmiş səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı istintaq Təcridxanasının rəisinə rəsmi ərizə ilə müraciət edib.
 
Vəkil Tofiq Babayev Turana bildirib ki, ərizədə Əli İnsanovun xarici banklarda toplanmış qonorarlarının müsadirəsi ilə bağlı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2015-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verdiyi bildirlir. 
 
“Bu səbəbdən avqustun 1-də Əli İnsanov 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasəına köıürülüb. Baxmayaraq ki, İnsanov barəsində qanunsuz məhkəmə keçirildiyindən, şüşə qəfəsə salınaraq danışmaq imkanı verilmədiyindən Apellyasiya Məhkəməsuində iştirak etməyəkdən imtina edib və bu barədə rəsmi əraizə ilə məhkəməyə müraciət edib. Bütün bunlara baxmayaraq Əli İnsanov təcridxanaya gətirilib və 3 gün cərimə təcridxanasına (karser) salınıb”.
 
Vəkilin sözlərinə görə, keçmiş nazir cərimə təcridxanasında dözülməz şəraitdıə saxlanılıb.
 
“Əli İnsanov cərimə təcridxanasında olduğu günlər havanın temperaturu 38-42 dərəcə isti olmasına baxmayaraq sərinkeşlə (ventilyator) təmin edeilməyib və vaxtlı-vaxtında içməli su verilməyib. Bu günə kimi də ona təsdiq olunmuş  qida rasionu ilə qida verilmir, evdən gətirilən zəruri qidalar isə buraxılmır”, Babayev qeyd edib.
 
Onun dediyinə görə, Apellyasiya Məhkəməsi 6 avqust qərarı ilə apellyasiya baxışının Əli İnsanodun iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edib. 
 
“Buna baxmayaraq Əli İnsanov hələ də Bakı İstintaq Təcridxanasəında saxlanılır. O ərizəsində eyni zamanda, siyasi hakimiyyətin tapşırığı ilə işgəncələrin davam etdirilməsi üçün təcridxanada saxlandığını bildirir. O bunu bir müddət əvvəl mediada yayılmış hakimiyyətin ona qarşı sui-qəsd planının tərkib hissəsi hesab edir”, vəkil bildirib.
 
Əli İnsanov təcridxananın rəisi Azər Seyidovun qanunsuz hərəkətlərindən Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət edib.

Google+ WhatsApp ok.ru