“Aztelekom”un baş mühasibinin həbs xəbəri təsdiqləndi

"Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmovun həbs olunması xəbəri öz təsdiqini tapıb.
 
Binəqədi Rayon Məhkəməsindən aznews.az-a verilən məlumata görə, baş mühasib haqqında məhkəmə prosesi dünən qapalı şəkildə keçirilib: “Prosesə hakim Mirheydər Zeynalov sədrlik edib. Qapalı şəkildə keçirilən iclasda hakimin qərarı ilə onun haqda ilkin olaraq 3 aylıq həbs-qətimkan tədbiri seçilib. İclasda müdafiə tərəfinin nümayəndələri də iştirak edib”.
 
Xatırladaq ki, "Aztelekom" MMC məsələ ilə bağlı verdiyi məlumatda baş mühasibin həbs xəbərini təkzib etmişdi.
 
Qeyd edək ki, baş mühasibin tutulması əməliyyatı dünən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Oqtay Rüstəmov bundan əvvəl Ağdaş və Göyçay telekommunikasiya qovşaqlarında sədr vəzifəsində də çalışıb.

Google+ WhatsApp ok.ru