Ərbəin zəvvarlarının sənədlərini 1 gecədə yoluna qoyan xristian diplomatdan möhtəşəm cavab

Bu günlərdə dünyanın dörd bir tərəfindən Ərbəin mərasimləri üçün İraqa gedən zəvvar axını davam edir. Bəzi ölkələrin sərhəd məntəqələrində izdihamlı növbələr, bəzi ölkələrin isə viza-pasport qeydiyyatı idarələrində yüzlərlə sənəd növbə gözləməkdədir. Belə əlamətdar hadisələrdən biri də Küveytdə yaşanıb. Buradakı hadisənin bir özəlliyi isə yerli qurumları yaranmış çətin vəziyyətdən bir əcnəbi xristian diplomatın çıxarması olub.
 
Maidə.az xəbər verir ki, Küveyt Ərəb Respublikası Ərbəində Kərbəla ziyarətinə getmək istəyən vətəndaşlarının çoxsaylı müraciətlərini qarşılaya bilmək üçün İraqın ölkədəki səfirliyinə müraciət edib. Bu səbəbdən səfirliyin xristian əməkdaşı Ərbəin zəvvarlarının sənədlərini 1 gecədə yoluna qoymağa razılıq verib. Bir gecədə 1600 pasportun bütün işlərini görən xristian diplomatın bu addımı çoxlarında təəccüb doğurub. Ondan “Bu işi niyə gördün” deyə soruşanda, xristan diplomatın cavabı belə olub: “Çünki qəlbimdə İmam Hüseyn (ə) məhəbbəti var”.
 
Bu dəyərli insanın həmin gecə çəkilmiş foto görüntüsünü sizlərə təqdim edirik./
 

Google+ WhatsApp ok.ru