Yeni il gecəsi Fransada 800-dən çox maşın yandırılıb 02 Yanvar 2016 02:00 Xəbərlər Yeni il gecəsi ərzində Fransada xuliqanlar tərəfindən 804 maşın yandırılıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Bernar Kaznev məlumat verib. Onun sözlərinə görə, bu, ötən ilin analoji dövrü ərzindəkindən 14,5% azdır. O zaman 940 avtomobil yandırılmışdı. Bununla belə yaxalanan xuliqanların sayı iki dəfə artaraq 622 nəfərə çatıb. Tutulanlardan 368 nəfəri müvəqqəti həbs altına alınıb./ Teqlər : #Yeni il gecəsi Fransada 800dən çox maşın yandırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda HHQ bazasına silahlı hücum olub Ayətullah Nimrin qardaşı: Səudiyyə rejimi çox çirkin bir iş tutdu, aksiyalar davam edəcək