​Azərbaycanda qadınlar yoxsa kişilər hansı daha çox cinayət törədir?

​Azərbaycanda qadınlar yoxsa kişilər hansı daha çox cinayət törədir?

2014-cü ildə Azərbaycanda törətdiyi cinayətlərə görə məhkum olunanların 4,6 faizini qadınlar, 95,4 faizini kişilər təşkil edib.
 
Maide.Az bildirir ki, "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin il 12 724 kişi, 618 qadın azadlıqdan məhrum edilib.
 
Onlardan 14-18 yaş arasında olan uşaqlardan cinayət törədənlərin 8-i qadın, 272 nəfəri isə kişi olub.
 
Qadınlar tərəfindən oğurluq, kişilər tərəfindən isə narkotik maddələrlə bağlı, yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, xuliqanlıq və oğurluq kimi cinayətlər daha çox törədilib.
 

Google+ WhatsApp ok.ru