“İntiharların səbəbi əsəb pozğunluğun nəticəsində baş verir”

“İntiharların səbəbi əsəb pozğunluğun nəticəsində baş verir”

Maide.Az bildirir ki, son zamanlar ailə zəminində baş verən cinayətlərin sayında yenidən artımlar baş verib.
 
 
Belə ki, kişinin yoldaşını və oğlunu baltalaması, övladın atanı qətlə yetirməsi və bu kimi cinayətlər əslində ciddi olaraq narahat edən məsələlərdir. Ailə institutlarının bu qədər dəyərsizləşməsi Azərbaycan üçün xarakterik bir hal kimi qəbul edilə bilməz. Amma təəssüflər olsun ki, ölkənin rəsmi qurumları sadəcə hadisə olduqdan sonra bu prosesin ardınca düşürlər. Bu cür cinayətlərin qarşısının alınması istiqamətində heç bir addım atılmır.
 
 
Mövzu ilə bağlı psixoloq Dəyanət Rzayev Deyerler.Org-la fikirlərini bölüşərkən qeyd edib ki, müşahidə olunduğu kimi, ölkədə bu cür hadisələr artıq mütəmadi baş verir:
 
“Bu cür ailə zəminində baş verən cinayətlərin sayında bəzən artma, bəzən azalma baş verir, amma tam olaraq bitmir. Çünki, bu problemin həlli istiqamətində heç bir ciddi addım atılmır. Ailə zəminində baş verən cinayət hadisələri çox vaxt əsəb pozğunluğun nəticəsində baş verir. Çox təəssüflər olsun ki, əsəb pozğunluğu olan insanların sayı kəskin olaraq artıb və onlar cəmiyyət içində yaşayırlar. Əslində bu cür problemli insanları aşkar etmək kiafyət qədər çətin bir prosesdir. Bəzən əsəbi cəhətdən problemi olan şəxslər çox yaxşı vəzifələrdə də işləyirlər. Onları sadəcə müəyyən bir proses baş verərkən tanımaq və anlamaq olar. Onda da müəyyən qədər gec olur.
 
Bu cür insanlar isə təbii ki, çox vaxt mühitin, ailənin təsiri nəticəsində bu duruma düşürlər. Ola bilər ki, əsəbi pozulmuş insanlar ailədə valideyn tərəfindən ciddi şəkildə təzyiq altında saxlanılıb və ya hiperkomfot şəraitində yaşayıb. Bu kimi hallar insanlara çox fərqli şəkildə təsir göstərə bilir. Əslində profilaktik tədbirlər görülsə bu cür insanların cinayti törətmədən aşkar etmək, ortaya çıxartmaq mümkündür. Bu cür məsələlərlə sahə üzrə həkimlər, müvəkkillər məşğul olmalıdır. Sahə üzrə məsul olan şəxslər bu cür insanları çox yaxşı tanımalıdırlar və bu da o cür insanların nəzarətdə olmasına səbəb ola bilər. Onlar isə bu cür məsələlərlə deyil, camaatdan pul yığmaqla məşğuldur”.

Google+ WhatsApp ok.ru