Əvəz Zeynallı polis bölməsinə çağırılıb

Əvəz Zeynallı polis bölməsinə çağırılıb

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb.
 
Bu barədə Ə.Zeynallı özünün "facebook" səhifəsində məlumat verib.
 
"Bu gün məni saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırdılar", - Ə.Zeynallı bildirib.
 
Qeyd edək ki, Ə.Zeynallı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü il dekabrın imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.(faktxeber)
 

Google+ WhatsApp ok.ru